Rəsulzadə ilə BAGLI YENİ KİTAB
“Məhəmməd Əmin Rəsulzadə Mərkəzinin” sədri, tarix elmləri doktoru Nəsiman Yaqublunun verdiyi məlumata görə Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin mühacirətdəki əsərlərinin nəşrinə başanılıb. "Qafqazinfo"ya daxil olan məlumata görə, müəllif qeyd edir: “ M.Ə.Rəsulzadə 1920-ci ildən sonra Türkiyədə,Polşada,Fransada, Almaniyada, Rumıniyada yaşayıb, bu ölkələrdə Azərbaycan istiqlal mübarizəsi aparıb və tariximizlə,ədəbiyyat və mədəni irsimizlə bağlı çox zəngin əsərlər yazıb nəşr etdirib.Biz buraya onun 200-dən çox məktublarını da əlavə etsək 10 cildlik əsərlərini toplayıb nəşr etmək mümkündür.Hazırda onun mühacirət dövrü əsərlərinin birinci cildini hazırlamışıq və yaxın bir-neçə günə çap olunur.Buraya M.Ə.Rəsulzadənin 1920-ci illərdə Türkiyədə yazdığı əsərlər daxildir:1)“Azərbaycan Cümhuriyyəti” (1923-cü il);2) “Əsrimizin Siyavuşu”(1923 –cü il);3)”İstiqlal məfkurəsi və gənclik”(1925-ci il);4)”Rusiyada siyasi vəziyyət”(1926-cı il);5) “Milliyyət məsələsində bolşeviklərin nəzəriyyə və taktikaları”(1928-ci il);6)”Bolşeviklərin Şərq siyasəti”(1928-ci il);7)”İxtilalçı sosializmin iflası və demokrasinin gələcəyi”91928-ci il);8)”Qafqasiya Türkləri”(1928-ci il). Bu əsərlərin hər biri Azərbaycan tarixinin çox mühüm məqamlarını özündə əks etdirir.İnanıram ki,bu yazılar Azərbaycan oxucusunda böyük maraq doğuracaq və həyatını xalqımızın azadlığna həsr etmiş bir çəxsiyyətlə-M.Ə.Rəsulzadə ilə daha yaxından tanış ola biləcəklər”.