Kamran Həsənlinin bacısı ifadə verdi - Qardaşını ÇƏTİN vəziyyətə saldı

Müğənni Samir Piriyevin şoumen Kamran Həsənli ilə məhkəmə işi davam edir.

Bu dəfə hadisədə adı hallanan K.Həsənlinin Türkiyədə yaşayan bacısı Gülər Həsənli Bakıya gətirilib. O, Bakı Şəhər Baş Polis İdarəsində dindirilib.
Bu haqda əməkdaşımızla söhbətində S.Piriyevin hüquqşunası Ruslan Əhmədoğlu deyib: 
"Bir neçə gün əvvəl Gülər Həsənli axır ki, Bakıya gətirilib və istintaqa ifadə verib. O, Bakı Şəhər Baş Polis İdarəsində dindirilib. Əvvəllər göstərilən məsələlərlə bağlı suallara Gülər xanım heç də Kamran Həsənlidən fərqli cavablar verməyib. 

Xanım istintaqa elə bir ifadə verdi ki, onların bu işi planlı şəkildə qurduqları ortaya çıxdı. Onların Samir Piriyevin pulunu planlı şəkildə, dələduzluq yolu ilə və etibarından sui-istifadə edərək aldıqları açıq-aşkar bəlli oldu. Gülər xanım ifadəsiylə Kamran Həsənlini daha çətin vəziyyətə saldı. Yaxın günlərdə istintaqın gedişatı barədə Samir Piriyevin vəkili Ceyhun Yusifov tərəfindən geniş açıqlama veriləcək".
Qeyd edək ki, Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək Kamran Həsənlinin ona qarşı 80 min dollar məbləğində dələduzluq etdiyini, onun bacısı Gülər Həsənlinin istintaqdan yayındığını bildirib. Hazırda faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb.






Fikirlər