Kamran Həsənliyə cinayət işi açıldı

Şoumen Kamran Həsənliyə dələduzluq maddəsi ilə cinayət işi açıldığı barədə mətbuatda xəbər yayılıb.
 Hüquqşünas Ruslan Əhmədoğlu K.Həsənlinin müğənni Samir Piriyevin külli miqdarda pulunu mənimsəməkdə ittiham olunduğunu deyib.

Onun sözlərinə görə, faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

 Kamran Həsənli isə Publika.az-a açıqlamasında xəbəri təkzib edib:

 “O adam yalan danışır, haqqımda heç bir cinayət işi qaldırılmayıb. Yaxın günlərdə özüm bu barədə ətraflı məlumat verəcəm”.

 Əməkdaşımızın "Samir Piriyevlə münasibətiniz necədir" sualına aparıcının cavabı sərt olub:

 "Nə deyirəm, onu da yazın".

AzerTaym.az






Fikirlər