“Bilsəydim, ayaqqabı təmirçisi olardım” - Eynşteynin MÜSAHİBƏSİ

Moderator.az dahi alim, Nobel mükafatı laureatı Albert Eynşteynin ölümündən əvvəlki son müsahibəsini təqdim edir:

 

- Dünya niyə xaosun içindədir?

 

- Dünyadakı xaos pis insanlar və onların verdiyi pis qərarların nəticəsi deyil. Bu xaos həmin pis insanları və qərarları görüb, onlara etiraz etməyən insanlar sayəsində yaranıb.

 

- Dünya hara gedir?

 

- Üçüncü dünya müharibəsi təbii resursların çatışmazlığı səbəbindən baş verəcək. O müharibədə hansı silahlardan istifadə ediləcəyini bilmirəm. Amma dördüncü dünya müharibəsində daş və dəyənəklərdən istifadə ediləcək.

 

- Siz atomu kəşf etdiniz. Xirasimo və Naqasakidə atom bombasını partlatdılar. Nə düşünürsüz?

 

- Hər bir müharibə bəşəriyyətin inkişafını ləngidən pisliklər zəncirinə bir halqa əlavə edir. Mən atomu bəşəriyyətin xeyri üçün kəşf etdim. Amma insanlar atomla bir-birlərini öldürdülər. Belə olacağını bilsəydim, ayaqqabı təmirçisi olardım.

 

- Uğurun formulu nədir?

 

- A=X+Y+Z. A-uğurun özüdür. X-çalışmaq, Y-əmək sərf etdiyin işə oyun kimi baxmaq, Z- isə danışmaq əvəzinə iş görməkdir.

 

- Elmin çata biləcəyi ən son nöqtə nədir?

 

- Dünyada bir uşağın belə bədbəxt olduğu müddət ərzində böyük ixtiralar və irəliləyişlər olmayacaq. 

 

- Dünyanın sirrinə nə zaman vara biləcəyik?

 

- Bir qum dənəsinin sirrini çözə bilsək, bütün dünyanın sirrini öyrənə bilərdik.

 

- Bir ölkənin gələcəyi nəyə bağlıdır?

 

- O ölkədə insanların aldığı təhsilə bağlıdır. Təhsil- bir insanın məktəbdə öyrəndiklərini unutduqdan sonra yerdə qalan hissədir.

 

- Dünyanın axmaqlarla dolu olduğunu deyirsiniz. Axmağın tərifi necədir?

 

- Axmaq eyni şeyi dəfələrlə edib, fərqli nəticə almayan adama deyilir. Axmaqlarla dolu olan dünya çəkilməzdi. Dahiliyin sərhədləri, hüdudları olur, axmaqlığın isə əsla!

 

- Sizin zərif bir insan olmadığınızı deyirlər...

 

- Yüksək ruhlar hər zaman adi ağılların sərt reaksiyasına məruz qalırlar. Əgər elm adamı olaraq həqiqəti açıqlamaq istəyirsənsə, o zaman zarafatı dərzilər üçün saxlamalısan. Onu da deyim ki, bu dünyada məni cəmi bir neçə insan anladı, onlar da səhv anladı.

 






Fikirlər