Namazında səhlənkar olanları görün nə gözləyir - ŞOK!
Qurani-Kərim buyurur: "Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər və ona etinasızdırlar". ("Maun" 4-5). Bu ayədə Allah Təala Həzrət Peyğəmbərə (s) xitab edir və buyurur ki, Qiyamət günü namazında səhlənkarlıq edənlərin aqibətini açıqlayacaqdır. Vay olsun bu insanlara ki, namazlarından qafildirlər və ona etinasızlıq edirlər.
Yəni, bu insanlar - namazlarında səhlənkarlıq edən insanlardırlar. Nə namazın vaxtına diqqət edirlər, nə ona dəyər verirlər və nə də şərait və ədəblərinə riayət edirlər.
Allah Təala demir ki, bu insanlar namazlarında səhv edirlər, deyir ki, qafildirlər və səhlənkarlıq edirlər. Yəni, namaz onlar üçün o qədər dəyərsizdir ki, bəzən onu unudurlar, qılmırlar. Bəzən də elə qılırlar ki, namaz həqiqi mənasını itirir.
Hər kimdə bu xüsusiyyətlər özünü göstərərsə, imanının zəif olmasının və nifaqın nişanəsidir.
"Əl-Mizan"ın müəllifi deyir: "O kəslər ki, namazlarından qafildirlər və namaza əhəmiyyət vermirlər, qəza olmasından nigaran olmurlar - bu cür namaz qılan nifaqdan uzaq deyildir. Çünki Qiyamət gününü inkar etmək ancaq o demək deyildir ki, onu bütünlüklə inkar edəsən. O kəs ki, zahirdə imanlı olduğunu göstərər və müsəlmanların namazını qılar, ancaq elə qılar ki, sanki Qiyamət günündən qorxmur, o, da Qiyamət gününü inkar edənlərdən olar".
İmam Əli (ə) buyurur: "Allah yanında heç bir əməl namazdan daha sevimli deyildir. Ona görə də dünya işlərindən heç biri sizi namazı əvvəl vaxtda qılmaqdan saxlamasın. Çünki Allah Təala (bəzi) qövmləri bu cinayətlə məzəmmət etmiş və buyurmuşdur: "Onlar öz namazlarından qafildirlər və ona etinasızdırlar". ("Maun" 5)".
İmam Əli (ə) "Onlar riyakarlıq edər" ("Maun" 6) ayəsi ilə bağlı buyurur: "Namazları ilə riyakarlıq edərlər".
Həzrət Peyğəmbər (s) buyurur: "Namaz - dinin sütunudur. O kəs ki, bilərəkdən namazını tərk edər - dinini xarab edər. O kəs ki, namazını vaxtında yerinə yetirməz - Vəylə daxil olar. Vəyl - cəhənnəmdə olan vadidir. Qiyamət günü bəndədən soruşulan ilk şey - namazdır. Əgər namazın hamısını gətiribsə ki, heç, əks halda - onu cəhənnəmə atarlar".
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "O kəs ki, namazı yüngül hesab edər, Qiyamət günü Kövsər hovuzunun kənarında mənimlə görüşməyəcəkdir".