Əli Mirəliyev oğlunun polisə bıçaq çəkməsindən — DANIŞDI

Əli Mirəliyev oğlunun polisə bıçaq çəkməsindən — DANIŞDI

Müğənni Əli Mirəliyev oğlunun polis tərəfindən saxlanılması barədə danışıb.

Sənətçi Ölkə.Az-ın əməkdaşıyla söhbətində bildirib ki, oğlu klinikalardan birinin qarşısında dayanıb bir qohumunu gözlədiyi vaxt yol polisi başqa bir sürücünü saxlayıb:

"Oğlum da görüb ki, yetimin birini saxladılar, yazırlar. Yaxınlaşıb, elə oradaca mübahisə yaranıb. Səbail Rayon Polis İdarəsinin 9-cu bölməsinə aparmışdılar, getdim buraxdırdım. Polisə bıçaq çəkmək söhbəti isə yalandır".

Qeyd edək ki, xəbəri azxeber.com saytı yayıb. Bildirilirdi ki, Ə.Mirəliyevin oğlu polisə bıçaq çəkib.






Fikirlər