“Saxlanıla da bilərəm”- AXCP Rəyasət Heyətinin üzvü polisə çağırıldı

“Saxlanıla da bilərəm”- AXCP Rəyasət Heyətinin üzvü polisə çağırıldıAXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimlinin iyulun 1-də partiyadan qovulan sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlunu döyməsi barədə xəbər vermişdik. Sabiq şöbə müdiri bununla bağlı Nərimanov Polis İdarəsinin 18-ci bölməsinə şikayət etmişdi.

Şikayət əsasında Sahib Kərimli bu gün polis bölməsinə çağırılıb. Bununla bağlı musavat.com-a onun özü məlumat verib: “Hazırda polis bölməsinə gedirəm. Şikayət əsasında zəng vurub, çağırdılar. Nəticənin nə olacağını bilmirəm. Saxlanıla da bilərəm. Çalışacam ki, heç bir mətbuat orqanına müsahibə verməyim. Fikirlərimi ümumiləşdirib, günün sonunda facebook səhifəmdən paylaşıram. Çünki ayrı-ayrı müsahibələr verəndə əlavə problemlər yaranır. Heç bir mətbuatla problemim yoxdur”.






Fikirlər