Türkiyə kəşfiyyatında şok: 12 şöbə müdiri vəzifədən getdi -
"Azertaym.az" "Hurriyyet.com"a istinadən xəbər verir ki, Kəşfiyyat Dairəsində 12 şöbə müdiri və müdir müavini vəzifədən kənarlaşdırılıb.
Ergenekon, PKK, KCK və Balyoz kimi əməliyyat proseslərində iştirak edən şöbə müdirləri tutduqları vəzifədən azad edilib.
Vəzifədən kənarlaşdırılan şöbə müdirləri Almadağdakı polis məktəbinə yerləşdirilir.
2013-cü ilin may ayında Ömər Altıbarmaq Kəşfiyyat Dairə rəhbərliyinə gətirilmişdi. Bunun ardından 13 ali səviyyə kəşfiyyatçısı vəzifədən kənarlaşdırılmışdı.
Ankara, İstanbul və İzmir başda olmaqla 23 ilin kəşfiyyat şöbə idarələrində müdir, baş komissar və komissarlar daxil olmaqla 160 kəşfiyyatçı fərqli yerlərə yerləşdirilir.