Generalların azad edilməsi yalan çıxdı
Bu sözləri hərbi ekspert Üzeyir Cəfərli “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzindən Müdafiə Nazirliyinin Rabitə İdarəsinin rəisi general-mayor Fazil Aşumov və Artilleriya idarəsinin rəisi general-mayor Rafiq Hüseynovun vəzifələrindən azad edilməsi barəsində verilən məlumata cavab olaraq “Axar.az”a dedi. Üzeyir Cəfərov onda olan mənbələrin bu məlumatı təsdiqləmədiyini bildirdi:
“Adətən nazir burda olanda yayılan məlumatın həqiqəti əks etdirdiyini demək olar, amma səfərdə olan nazir generalları vəzifədən necə azad edə bilər, axı? Müdafiə Nazirliyi ilə əlaqədar ən xırda xəbərlər belə gözümdən yayınmır, elə bir şey olsaydı, özəl mənbələrdən dəqiq məlumat əldə edərdim. Onu da qeyd edim ki, bu məsələdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin susqunluğu da təəccüb doğurur”.