Müğənni Elçin Cəfərov bu gün ad günün qeyd edir.
Unikal.org-un məlumatına görə, onu bu münasibətlə həyat yoldaşı Aysel təbrik edib:
"Yoldaşım, dostum, sirdaşım, ad günün mübarək. Neçə belə gözəl yaşları birgə sevdiklərimizin ətrafında qeyd edəsən. İçimdən sənə o qədər söz demək keçir... Yaxşı ki, doğulmusan, qarşıma çıxmısan, ailəm olmusan. Yaş artdıqca insan müdrikləşir. Ürəyindəki yaxşılıq, mərhəmət hər yaş bir az da artsın. Həmişə belə düzgün ol. Necə ki, mən səndən razıyam, Allah da səndən razı olsun. Hər nə qədər yaşın artsa da, mənimlə eyni yaşa düşdüyün üçün çox sağ ol. Hər yaşın sağlam xoşbəxt keçsin. Necə valideynlərim üçün o sözü işlədirəm, sənin üçün də o kəlməni ürəkdən deyirəm: Allah səni yanımdan əskik etməsin. Əkiztayım, doğmam”.
Qeyd edək ki, 32 yaşını qeyd edən E.Cəfərov aprelin 25-də keçmiş millət vəkili Sabir Rüstəmxanlının qızı ilə ailə qurub.
AzerTaym.az
Fikirlər