07.06.204.- “Yarıçılpaq gəzənə qızım deyə bilmərəm”- Nurəddin Mehdixanlı

07.06.204.- “Yarıçılpaq gəzənə qızım deyə bilmərəm”- Nurəddin MehdixanlıKəmalə Quliyeva adlı gənc aktrisanın "Nurəddin Mehdixanlının qızıyam" deməsi ilə son günlərin haqqında ən çox danışılan aktyoru olan xalq artisti susqunluğunu pozdu.

AzerTaym.az-ın məlumatına görə, Nurəddin Mehdixanlı "Facebook" səhifəsində böyük bir açıqlama yerləşdirib. Açıqlamanı təqdim edirik:

"Artıq bir neçə gündür mənə qarşı sosial səbəkələrdə və bəzi saytlarda mənəvi terror mexanizmi işə salınıb. Buna səbəb isə sosial səbəkələrdə Kəmalə Quliyevanın dekoltə ilə çəkilmiş xoşagəlməz şəkillərinin yerləşdirilməsi və altından da onun mənim qızımın olduğunun qeyd edilməsi və mənim buna etirazım olub. Bəli, mən bir daha təkrar edirəm, özünü bu sayaq yarıçılpaq şəkillərlə təqdim edən və bu əməliylə fəxir edən hər kim olursa olsun, doğmam olsa belə mənim qızım ola bilməz!
Özünü Nurəddin Mehdixanlının qızıyam deyən kəs, bu cür qəbuledilməz hərəkətə yol verə bilməz. Və, mən buna qəti şəkildə etiraz etmişəm. Kəmalə Quliyeva bu etirazı gözləyirmiş kimi bütün sosial şəbəkələrdə müsahibə verməyə fikirlər bildirməyə başladı. Və, buna bəndmiş kimi sanki komanda almış bəzi saytlar sosial şəbəkələrdə mənim təhqir olunmağım, şəxsiyyətimin alçaldılması üçün şərait yaradıblar. Və bu halda bütün hədd və sərhədləri keçiblər. Hər kəsin səhvləri, günahları ola bilər. Amma insanları kökündən və səbəbindən xəbərdar olmayan 58 yaşlı bir insanı, sənət adamını, bütün ömrünü, həyatını, sağlamlığını millətinin mədəniyyətinə sərf etmiş insanı mənəvi terror vasitəsilə qətl eləmək nə dərəcədə ədalətli və doğrudur? Mən sosial şəbəkələrdə yarıçılpaq şəkildə özünü reklam edən hər kim, hər nəyim olursa olsun, qızım deyə bilmərəm. Mənim qızım belə ola bilməz! Mənim qızım belə olmamalıdır. Məgər mən səhv etmişəm? Qətiyyən! Mən bu məsələdə özümü haqlı sayıram. Kamran Quliyevdən soruşuram, sən Kəmalə Quliyevanın qardaşı olaraq onun bu yarıçılpaq vəziyyətdə olan şəkillərini və davranışını qəbul edirsənmi? Bəlkə də sən qəbul edirsən, amma mən yox. Heç vaxt da etməyəcəm.



07.06.204.- “Yarıçılpaq gəzənə qızım deyə bilmərəm”- Nurəddin Mehdixanlı

Kamran Quliyev, Kəmalə Quliyeva, hər kəsin gənclik xətaları ola bilər. Nümayiş elətdirdiyiniz sənədlər əllərinizdə tutub hamıya göstərməyə çalışdığınız o sənədlər düz də ola bilər, saxta da... Amma 30 ildən artıqdır ki, o sənədlər sizin və mənim həyatımda nələrisə dəyişdirmək qüdrətində deyil. 30 il müddəti ərzində nə mən sizi görmüşəm, nə də ki siz məni. Bu 30 il ərzində nə mən sizin yanınızda bircə gün olmuşam. Nədəki siz mənim yanımda bircə gün olmamısız. Sən ümumiyyətlə məni həyatda görməmisən. Kəmalə Quliyevanın etdiyi bu hərəkətdən sonra da belə davam edəcək.
Əgər mən sizin yanınızda deyiləmsə, o nümayiş etdirdiyiniz sənədlər nəyə lazımdır? Bəlkə də Kəmalə Quliyeva nələrəsə ümid edirdi, amma o, bütün körpüləri uçurtdu. Məni sosial şəbəkələrdə ən ağır şəkildə təhqir etdirdi, söydürdü, alçaltdı. Bir qız atası adlandırdığı bir insanın bu sayaq təhqir olunmasına necə şərait yaratdı? Heç bir qız, lap belə sevmədiyi atasına belə bu təhqirləri yaşatmazdı. Artıq nə etməli? Olan oldu. Hər tərəfin mövqeyi belədi. İstəyirəm bir şeyi biləsiz. Mən sizin düşməniniz deyiləm, heç zaman da olmayacam. Bu sayaq pisliklər mənim əlimdən gəlməz. Amma gün gələcək, sizi qızışdırıb ortalığa salanlar, sizi əllərində oynadanlar, sizin sayənizdə məni təhqir etməklə reytinq qazanmağa çalışanlar istədiklərinə nail olanlar çəkilib yox olacaqlar. O vaxt çox peşiman olacaqsan Kəmalə Quliyeva. Amma o peşmançılıq heç nəyi dəyişməyəcək. Həm də səni başa düşdüm, yaxşı başa düşdüm. Sənə çəkilmiş olduğun seriallar üçün reklam lazım idi. Və sən bunu Nurəddin Mehdixanlının adı ilə etdin. Seriallar gəlib gedər, amma atam dediyin Nurəddin Mehdixanli sənin üçün ölüb.

Mənim ailəm 5 nəfərdən ibarətdir. 1988-ci ildə ailə qurmuşam. Həyat yoldaşım müəlimədir. Bu dünyanın ən sədaqətli və etibarli qadınlarından biridir. Onun üçün hər an həyatımı qurban etməyə hazıram. İki qızım, bir oğlum var. Əxlaq və tərbiyələri onu tanıyanlara bəllidir. Alınları öpüləsi, həyatımın mənası olan qızlarım Ayturan və Alagöz, oğlum Ərturan. Məndən sonra ocağıma sahib duracaq kişi. Və bu ailənin birliyi və bütövlüyünə kimsə toxuna bilməz, poza bilməz. Bu ailənin ünvanına kimsə ləkə gətirə bilməz".


07.06.204.- “Yarıçılpaq gəzənə qızım deyə bilmərəm”- Nurəddin Mehdixanlı






Fikirlər