431 kiloluq Həyat: hər səhər 36 yumurta və 7 kilo ət yeyir - FOTO
Boyu 2,09 metr, çəkisi 431 kq olan bu nəhəng insan hər səhər 36 yumurtadan hazırlanmış qayğanaq və 3 kq ətdən hazırlanmış xörək yeyir, 2 kq balı "desert" kimi həzm edir, 11 litr süd içir. O, 25 yaşlı pakistanlı Ərbab Xizer Həyatdır. AzerTaym.az Milli.Az-a istinadən bildirir ki, Həyat WWE versiyası üzrə restler və ağır atletika üzrə dünya çempionu olmaq istəyir. Ərbabın sözlərinə görə, formada qalmaq üçün gündəlik rasionu minimum 10 min kaloridir. Mərdan şəhərində yaşayan Ərbab deyir ki, yeniyetməlik illərində kökəlməyə və sürətlə böyüməyə başlayıb. "Allaha şükür ki, bu boyu və gücü mənə verib. O vaxtdan bəri idmanla məşğul oluram, ağırlıq qaldırıram. İndi yük dolu traktoru asanlıqla çəkirəm, 5-6 adamı əllərimlə qaldırıram. Dünyaca məşhurlaşmaq, ölkəmi tanıtmaq istəyirəm. Yeməklə bağlı problemim yoxdur. Xəstəliyin nə olduğunu bilmirəm, çəkimlə bağlı narahatlıq da hiss etmirəm. Dünyanın ən güclü insanı olmağı arzulayıram", - Ərbab söyləyib. Onun sözlərinə görə, artıq şou-proqramlardan dəvətlər alır.