Qərənfili bir manata satdı, etiraz edənləri söydü — BİABIRÇILIQ - FOTO

20 Yanvar şəhidlərinin anım günü bəzi işbazlar qərənfilin qiymətini qaldırıblar.

Alverçilər bəzi yerlərdə, xüsusən  Şəhidlər Xiyabanına yaxın yerlərdə bir manata satıblar. Bu isə ziyarətçilərin etirazına səbəb olub.

Alverçilərdən bəziləri etirazdan sonra qiyməti əlli qəpiyə qədər salsalar da, bəziləri "kimə istəyirsiniz deyin, öz malımızdır, bu qiymətə satırıq" deyərək etiraz edənlərə cavab veriblər.

Fotoda gördüyünüz alverçi isə hətta təhqiramiz ifadələr işlətməkdən belə çəkinməyib.






Fikirlər