“ANS mənə qazdığı quyuya özü düşdü” – Mətanət ƏLİVERDİYEVA
“Mütəkkəmi qoyub qabağıma oturub hönkür-hönkür ağladım. (kinayəli şəkildə cavab verir) Heç bir hiss keçirmədim. Mən tüpürdümsə, arxama heç vaxt baxmıram. Döndümsə, vəssalam. Yalnız və yalnız irəli gedirəm. Arxada qalan elə arxada qalır. Mən silirəm elə şeyləri. Hər kəs bilir mənim balıqlar bürcü olduğumu. Quyruğumu tapdaladılarsa, gedir mənim üçün”. Bu sözləri ölkə.az-a müsahibəsində məşhur aparıcı Mətanət Əliverdiyeva ANS-in bağlanması ilə bağlı sualı cavablandırarkən deyib. O, yaxşı ki, ANS-dən ayrıldığını qeyd edib: “Mən ATV-yə gələndə məni elə qarşıladılar ki, mən özümü necə yad hiss edim? Mən elə bir insanam ki, harasa gedirəmsə, lap meşəyə getsəm, ora da mənə doğmadır. Mən ANS-dən öz xoşluğumla ayrıldım? Məni oradan gül-çiçəklə yola salmamışdılar ki. Bəzi qalmaqallarla ayrılmalı oldum. Yaxşı ki, ANS-dən ayrıldım. Bir məsəl var, özgəsinə quyu qazan, özü düşər. Özləri də elə həmin quyuya düşdülər”.