06.02.2014. - Azərbaycanın ən yaraşıqlı kişisi ayrıldı: "Bütün bunlara nişanlım dözmürdü"
“The best model of Azerbaijan”ın qalibi, tanınmış model Azər Atakişiyev nişanlısından ayrılıb.
AzerTaym.az-a açıqlama verən model bildirib ki, 5 ilə yaxın birlikdə olublar: “5 ilə yaxın tanıdığım, sevdiyim və sonralar nişanladığım qızdan ayrıldım. Peşman da deyiləm”.
Atakişiyev nişanlısından qısqanclıq səbəbindən ayrıldığını da qeyd edib: “Məni çox qısqanırdı. Mən modeləm. Görürsən bir yerə gedirəm, qızlar foto çəkdirmək istəyirdi və ya ətrafımda qız dostlarım var, onlarla görüşürdüm, bütün bunlara nişanlım dözmürdü. Bu səbəbdən də ayrılmalı olduq”.