Bakıda qeyri-adi bərbər - Yanan şamla saç KƏSİR

“Bakıda qeyri-adi bərbər - Yanan şamla saç kəsir

Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində bərbər fəaliyyəti göstərən Pünhan Bədəlov saç kəsərkən qayçı əvəzinə şamdan da istifadə edir. O, 1 ilə yaxındır ki, belə işləyir.

AzerTaym.az” xezerxeber-ə istinadən xəbər verir ki, Pünhan Bədəlovun sözlərinə görə, indiyə kimi 40-a yaxın müştərinin başını alov vasitəsilə kəsib. Bu üsulun qayçı ilə saç kəsməkdən daha effektiv olduğunu bildirir.

Bərbər deyir ki, şamla saç kəsdiyi ilk vaxtlarda bir neçə dəfə hətta əlini də yandırıb. Amma alovun saça zərər yetirməsinə imkan verməyib.

Pünhan Bədəlov alovla daha bir yenilik etmək niyyətindədir. O, bu üsulla saçdakı buruqları açacaq.

 

 


 






Fikirlər