SOSİAL MEDİADA REKORD QIRAN FOTONUN SİRRİ ORTAYA ÇIXDI - FOTOLAR

Rizədə yeni doğan ana keçini kürəyinə alıb, balasını da məktəb çantasına qoyub çoban itinin kürəyinə bağlayan qızın fotosu ictimai mediada paylaşma və bəyənmə rekordu qırdı.

Maraqlı hadisə, Yağçılar kəndində heyvandarlıqla məşğul olan Atilla Bilginin  5-çi sinifdə oxuyan 11 yaşlı qızı Hamdu Sena Bilginin keçiləri sığınacaqdan çıxarmasıyla başlayıb. Evdən uzaqlaşandan sonra keçilərdən biri doğmağa başlayarkən qaçaraq evə dönən Hamdu Sena məktəb çantasını götürüb doğuş edən keçinin yanına gəlib. Keçini kürəyinə alan, balasını da məktəb çantasan qoyaraq  Tomi adlı çoban itinin kürəyinə bağlayan qız, qarla bağlı yolda evinə doğru getməyə başlayır. Bu zaman 15 yaşlı Əli Rəhman da, bacısının şəkilini çəkir. Foto, ictimai mediada paylaşma və bəyənmə rekordu qırır.(Milliyet).

 Sena, "Keçi birdən doğarkən balasını barınağa aparmaq istədim. O anda ağılıma məktəb çantam gəldi. Balanı çantaya qoyaraq itimizin kürəyinə bağladım. Mən də keçini kürəyimə götürdüm. Beləcə barınağa çatdıq" deyir.






Fikirlər