SEVGİ - XƏSTƏLİKlərin rəsmi siyahısında yer alan CİDDİ XƏSTƏLİK

Картинки по запросу sevgililər gunu mesajlari

Sevgi bir çox xəstəliklərin dərmanıdır. Ancaq bir məsələ də var ki, bu dərman artıq olanda özü də xəstəlik yaradır.

Ümumdünya Səhiyyə Təşkilatı sevgini F63.9 nömrəsi altında ciddi xəstəliklər siyahısına daxil edib. Sevgini psixi xəstəliklər bölümündə “Vərdişlərin və meyllərin qeyri müəyyən pozğunluğu” qrupuna aid ediblər.
Mütəxəssislər sevgi xəstəliyinin aşağıdakı əlamətlərini müəyyənləşdiriblər:

1. Başqaları haqqında mənfi düşünmək

2. Əhval-ruhiyyənin kəskin dəyişməsi

3. Şəxsi ləyaqət hissinin ifrat dərəcədə yüksəlməsi

4. İnsanın özünə yazığı gəlməsi və hər kəsdən mərhəmət umması

5. Yuxusuzluq və narahat gecələr

6. Düşünülməmiş hərəkətlər

7. Arterial təzyiqin oynaması

8. Baş ağrıları

9. Allergik reaksiyalar

10. Sərsəm ideyalar
Hələ 11-ci əsrdə İbn Sina güclü sevgi hisslərinin xəstəlik olmasını bildirib. O, qeyri-müntəzəm nəbz, nizamsız davranış, səbəbsiz gülüş, yuxusuzluq, nəfəsin ağırlaşması, arıqlama kimi halları sevgi xəstəliyinin ilk əlamətləri kimi göstərib.

Həmin dövrdə xəstəliyə düçar olmuş şahzadəyə təbiblər şəfa verə bilməyəndə İbn Sinaya müraciət ediblər. İbn Sina gənc şahzadənin sevgi xəstəliyinə tutulduğunu müəyyən edib. Amma şahzadə sevgisi və sevdiyi şəxs haqqında danışmaq istəməyib. İbn Sina şahzadənin nəbzini tutub əyalətdə yaşayan insanların adlarının bir-bir sadalamağa başlayıb. Qonşuluqda yaşayan qızın adı çəkiləndə şahzadənin nəbzi sürətlənib. İbn Sina şahzadənin həmin xanımla evlənməyini tövsiyə edib. Gənc şahzadə evləndikdən sonra çarəsiz sayılan xəstəliyi sağalıb.

Hər şey qədərində gözəl olduğu kimi sevgi də qədərində gözəl olur. Ən başlıcası isə sevgi hisslərinə ağıl nəzarət etməlidir. Belə olmadığı halda Məcnunun vəziyyətinə düşmək ehtimalı artır. Yeri gəlmişkən elə Məcnunun da diaqnozu xroniki sevgi xəstəliyi olub.

Və ən nəhayət, yuxarıdakıları nəzərə alıb 14 fevral tarixində sevginizi coşduraraq sağlamlığınıza zərbə vurmayın. Bu tarixin bizə heç bir aidiyyatı yoxdur və ola bilməz.

“Müqəddəs” Valentinin nə əxlaqı, nə əqidəsi, nə də cinsi orentasiyası bizlərə uyğun deyil. Buna kimin şübhəsi varsa tarixə nəzər sala bilər. Bizim öz "SEVGİLİLƏR GÜNÜ"müz var. İlham və Fərizənin sevgi təntənəsinin sübuta yetdiyi 30 iyun tarixi.

AzerTaym.az






Fikirlər