Buraya gələn niyə ölür - Sirri tapılmayan LƏNƏTLİ ada (FOTOLAR)

Haqqında bəhs edəcəyimiz bu ada, İtaliyanın Napoli şəhərindədir. 

Görənləri heyran edən bu mənzərəli adanın əslində lənətli olduğu deyilir. Adanın adı isə Qaiola adlanır.Musavat.com sizə lənətli ada haqqında maraqlı faktları sizlərə təqdim edir.

Adanın lənətli olması iddiası 1920-ci ilə kimi uzanır.

Adaya ilk köçən, İsveçrəli Hans Braun adlı şəxs ada ölür. Lakin nədən öldüyü bu günə kimi məlum deyil. Onun cəsədi adaya yaxın sahildə xalçaya bürünmüş şəkildə tapılmışdı.

Bu hadisədən bir neçə ay sonra onun həyat yoldaşı dənizdə boğularaq ölüb.

Adanın bir sonrakı sahibi Almaniyalı Otto Grunback adlı şəxs olub. O da çox keçmədən, ürəyi dayanaraq vəfat edib.

Bir müddət sonra adaya zəngin bir şəxs köçür. Bu şəxs isə, adaya yerləşdiyi andan etibarən bütün mal varlığını itirib.

Daha bir talehsiz insan, adanın lənətindən xəbərsiz buraya yerləşir. Köçdüyü andan etibarən yaxın qohumları bir-bir ölməyə başlayır. Ən sonda da oğlu quldurlar tərəfindən qaçırılır.

Adanın son sahibi isə cinayət iddiası ilə həbs olunur. İddialara görə, 2 qonşusunu ölddürüb.

Neçə illərdir bu ada ilə dolaşan bu xəbərlər, buraya turistlərin axın etməsinə səbəb olur. Avropanın “lənətli yerlər” siyahısında ön sıralardadır.

Bu adaya yaxın daha bir ada da var ki, o da özəlliyi ilə tanınır.

Adanın özəlliyi üzərindəki buludlardır. Lmtla Dmmu adlandırılan bu adanın üzərində toplanmış buludların yaratdığı möhtəşəm mənzərəni İtalyan fotoqraf And – rea Ricordi çəkib.

Bu adanın laneti çözülemiyor 10.resim

40 yaşındakı fotoqraf: "Günəşli və təmiz bir hava var idi.Adanın tam təpəsində toplanan buluddan başqa heç bir bulud yox idi. Bulud inanılmaz dərəcədə aşağı enmişdi. Bu inanılmaz təbiət hadisəsini yoldaşlarıma göstərmək üçün dərhal fotoşəkilini çəkdim "deyə bildirmişdi. Adanın üzərində yay-qış hər zaman az da olsa bulud olur. Buludlar tərəfindən sarılan ada bəzən gözə görünmür , bəzən isə adanın başında ağ papaq varmış kimi görünür. Toplam 250 kvadrat metr sahəsi olan bu ada dəniz səviyyəsindən 414 metr yüksəklikdə yerləşir. Bölgədəki 18 ada içərisində ən kiçiyidir. Həm də insan yaşamayan tək adadır.

Adanın bir başqa özəlliyi də, nəsli tükənmiş olan yabani dağ keçilərinin bu adada yaşamasıdır.






Fikirlər