İsrail TV-sində azan verildi: ölkə ŞOKDA - VİDEO
Türk hakerlər İsrail telekanalına kiberhücum təşkil edərək, yayıma azan səsi yerləşdiriblər.
Axar.az xəbər verir ki, proqram zamanı eşidilən azan səsi bir anda iştirakçılara ŞOK yaşadıb. Onlar nəyin baş verdiyini başa düşə bilməyiblər.
Xatırladaq ki, bir müddət əvvəl İsrail parlamenti məscidlərdə səsgücləndirici ilə azan oxunmasının qadağan edilməsi haqda hazırlanmış qanun layihəsini təsdiq edib.