Sibel Can tanınmaz HALDA – FOTO
Məşhur müğənni Sibel Can tanınmaz hala düşüb. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur müğənni son 3 ayda 10 kq arıqlayaraq çəkisi 55 kq olub. Bu barədə müğənni sosial şəbəkədə özü məlumat verib. O, "36 bədən ölçülərinə qovuşdum. “Fotoşopdurmu?", - deyə soruşanlara demək istəyirəm ki, yox. Reallıqdır!”. 2000-ci ildən bəri müxtəlif pəhrizlər ilə gündəmə gələn, 3 dəfə pəhriz düşərgəsinə gedən 46 yaşlı Sibel Can nəticədə hədəfinə çatıb. Tez-tez arıqlayıb kökələn ifaçı Türkiyədə saxladığı pəhrizlərlə fenomen halına gəlib.