YENİLİK: Votsapda bunu yazanlar POLİSƏ VERİLƏCƏK

YENİLİK: Votsapda bunu yazanlar polisə veriləcək

Votsap qruplarında yazılan hər bir informasiyaya görə, qrup idarəçiləri məsuliyyət daşıyır.

Publika.az xəbər verir ki, Hindistanın Uttar Pradeş ştatında Varanasi əyalətində yeni hazırlanan qanun layihəsində bu məsələ əksini tapıb.

Bununla da Votsapda yalan məlumatların yayılmasının qarşısının alınacağı bildirilir. Feysbuk və Votsapda bir qrupun bir neçə idarəçisi olur. Qrupun adı və kimlərin daxil ola biləcəyi ilə bağlı qərarı da onlar verirlər. Ona görə də qrupa yazılan məlumatlara görə məsuliyyət daşımaları son dərəcə normal qərar kimi irəli sürülüb.

Hindistanda 200 milyon istifadəçisi olan Votsap istifadəçilərinə ancaq şəxsi tanıdıqları insanları qrupa daxil etmələri tövsiyə edilib.

Yanlış məlumat aşkarlandığı halda qrup idarəçilərindən bu barədə onu yazan şəxsə məlumat vermələri və qrupdan çıxartmaları məsləhət görülüb. Hindistanda istifadəçilərə məsləhət görülənlər bununla da məhdud deyil. Səhv məlumat paylaşanlar barədə polisə belə məlumat verilə bilər. Əgər qrup idarəçiləri deyilənləri etməzsə, onlar paylaşılan səhv məlumatlara görə məsuliyyəti öz üzərlərinə götürmüş olacaqlar.

Digər bir məsləhət isə dini qrupları incidəcək mesajların paylaşılmamasıdır.






Fikirlər