BMT: 20 milyon nəfər aclıqdan ÖLƏ BİLƏR

Təqribən 20 milyon nəfər növbəti 6 ay ərzində aclıqdan ölə bilər.

AzerTaym.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qrasianu da Silva qurumun Romada keçirilən sessiyasında bəyan edib.

O qeyd edib ki, əgər beynəlxalq ictimaiyyət təcili tədbirlər görməsə, 20 milyon insan aclıqdan ölə bilər:

“Aclıq təkcə insanları öldürmür, sosial qeyri-sabitliyə də gətirib çıxarır”.

Baş direktor əlavə edib ki, Nigeriya, Somali, Cənubi Sudan və Yəməndə aclıqdan və qida çatışmazlığından əziyyət çəkən insanları xilas etmək üçün təcili tədbirlər görmək zəruridir. 






Fikirlər