“Bizimkilər də işləyə bilirmiş” - Nürəddin Mehdixanlı açılışdan DANIŞDI
“Mənim bu layihəyə cəlb olunmağım 4 ay əvvəl olub. Ssenari, görəcəyim işlə tanış oldum. Dəfələrlə görüşdük və aprel-may ayında məşqlərimizi başladı”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında xalq artisti Nürəddin Mehdixanlı deyib. Aktyor IV İslam Həmrəyliyi oyunlarının açılışındakı obrazına necə hazırlaşmasından danışıb: “Mənim üçün çox sevindiri bir hal oldu. Bizimkilər də işləyə bilirmiş. O qədər insanların həmrəy olub dəqiq saat kimi çalışmaları sevinc doğurur. Mənə çox rahat oldu, nə istədiklərini bilirdilər. Açıq deyim ki, mənim üçün böyük bir iş idi. Bizim Gimnastika Federasiyasının uşaqları ilə işləmək rahat idi. Çox istedadlı gənclərimiz var. Mən orda bir nəfəri görmədim ki, işinin öhdəsindən gəlməsin, başqasına səsini yüksəltsin. Hamı sevinə-sevinə, ürəkdən işini görürdü. Könüllülər ürəklərini qoyurdular. Hər zaman yadımda qalacaq. Orada çox şeyin şahidi oldum. Tədbirdən sonra bir-birinin dilini bilməyən insanların sarılması, ağlaması yadımda qaldı. Ağlayan kim, kövrələn kim... Gözəl bir tədbir idi”.