“Samsung” yeni smartfonunu təqdim edib – “Galaxy ON MAX”

samsung mobil

Cənubi Koreyanın “Samsung” şirkəti yeni “Galaxy On Max” smartfonunu rəsmən təqdim edib.

Azərtac “ilenta.com” saytına istinadla xəbər verir ki, yeni smartfon ötən ay təqdim edilmiş “Galaxy J7 Max” cihazı ilə oxşar olsa da, bir sıra fərqlər var.

“Samsung Galaxy On Max” smartfonu metal korpusa malikdir, 5.7 düymlük “Full HD” təsvir ölçülü 2.5D IPS ekran, 8 nüvəli “MediaTek Helio P20” çipi, 4 giqabaytlıq əməli yaddaş və 32 giqabaytlıq daxili yaddaşla təchiz edilib və 256 giqabaytadək tutumda “microSD” kart dəstəyinə malikdir.

“Home” düyməsinə barmaq izlərinin skaneri qurulub, akkumulyator batareyasının tutumu 3300 milliamper/saat təşkil edir, 13 meqapiksellik əsas və ön kamera mövcuddur.






Fikirlər