“Yazırlar ki, uşağım bicdir”- TƏRANƏ SƏMƏDOVA

59c8ef1d0209d_hqdefault

ARB TV-nin “Düz bazar” verilişinə qonaq olan prodüsser Təranə Səmədova maraqlı açıqlamalar verib.

AzerTaym.az xəbər verir ki, verilişdə azyaşlıların zorlanması mövzusunda gedən müzakirə zamanı prodüsser fikirlərini belə əsaslandırıb:
“Bu cür mövzular mənə pis təsir edir. Mən uzun müddət uşağımın atasının kimliyini açıqlamadım. Bu, mənim özəlimdir. Müzakirəyə çıxarılmasını istəmirəm. Bunu açıqlamırdım deyə, keçmiş həyat yoldaşıma müəyyən təpkilər göstərdilər ki, niyə uşağına sahib çıxmırsan? O da oradan çıxış edib ki, mənim uşağım deyil. Həmin aqressiyanın qarşılığında mən susa bilmərəm axı.
Sosial şəbəkələrdə yazırlar ki, uşağım bicdir. Uşağımın atasını çox gözəl tanıyıram. Sadəcə istəmədim ki, onun soyadını götürüm. Mənim uşağıma bic deyənlərin atasının kimliyi bəlli deyil. Mənim dünyaya uşaq gətirmək hüququm var idi və gətirdim”.

 






Fikirlər