ANS iki xalq artistini bir-birinə VURDU

ANS-in verilişlərindən biri iki rəqqasə Xalq artistini - Roza Cəlilova ilə Təranə Muradovanı bir-birinə vurub.

 Belə ki, R.Cəlilova qardaşınını həyat yoldaşı T.Murdovanın təkidiylə verilişə çəkildikdən sonra peşman olduğunu deyib.

 Səbəb də verilişdə Roza xanımın rəqsinin yarımçıq saxlanılması, yerinə isə Təranə Muradovanın rəqsinin verilməsi olub: “Qardaşım arvadıdır, canımdır, sözüm onda deyil. Ancaq niyə mənə həsr olunan verilişdə Təranənin şəkillərini, rəqsini veriblər? Bir ay əvvəl ona veriliş həsr olunmuşdu da. Tanışlarım zəng vurub maraqlandı ki, Roza xanım, sizə həsr olunan verilişi niyə belə ediblər? Aparıcı istədi ki, ikinci verilişdə də Təranəni göstərsin, saldı görüntülərini mənim verilişimə... Qardaşıma zəng vurub dedim ki, onun verilişində mən olmuşam? Mənim verilişimi niyə belə ediblər? Çünki, aparıcı ilə Təranə rəfiqədir, ona bəraət qazandırır. Sən nə oyun çıxarırsan? Mənimlə bağlı proqrama başqasını salmağa ixtiyarın yoxdur”.

 Publika.az-a açıqlama verən Təranə Muradova aparıcı ilə rəfiqə olduğunu gizlətmədi, amma baldızını da bu məqamda haqlı saymadı: “Həmin aparıcı ilə rəfiqəyəm və bu, mənə xoşdur. Qaldı ki, baldızımı təkidlə verilişə razı salmağıma, belə olmayıb. Məndən Roza xanımın telefon nömrəsini istədilər, mən də verdim. Sonra da Roza xanıma dedim ki, yaxşı verilişdir, çəkil. O da dedi ki, formada deyil, özünü yaxşı hiss etmir. Onun hər zaman gözəl olduğunu söylədim. Mənim görüntülərimin verilişə əlavə olunmasında pis nə var ki? Ağbirçəkdir,  87 yaşı var, həssasdır. Yəqin ona kimsə bu sözləri söyləməyə təhrik edib, deyə bilmərəm. Deyir ki, həyat yoldaşıma zəng edib, narazılığını bildirib. Yoldaşım bunu mənə deməyib”.

 

Heç vaxt bizim aramızda narazılıq yaşanmayıb deyən rəqqasə baldızına zəng edib, onu sakitləşdircəyinə də söz verib: “Hirsi soyusun özünə zəng edib, sakitləşdirəcəm. Baldızım olmasaydı da, ona kobud sözlər deməyəcəkdim. Çünki yaşlı insanlara qarşı həmişə hörmətlə davranmışam”.






Fikirlər