Həyat yoldaşının qoxusu stresi azaldır – ARAŞDIRMA

Related image

Kanadadakı Britiş Kolumbiya Universitetinin psixoloqları cütlüklər üzərində maraqlı bir araşdırma aparıb. Araşdırma zamanı kişilərin təbii qoxusunun qadınlarda stresi azaltdığı məlum olub.

Axar.az xəbər verir ki, 96 cütlük arasında aparılan araşdırma zamanı kişilərə təmiz köynək verilib və 24 saat boyunca siqaret, içki, ətir və aromalı qidalardan uzaq durmaları tapşırılıb.

Bir gün sonra yığılan köynəklər qoxuların itməməsi üçün bir müddət dondurularaq saxlanılıb. Araşdırmaya qatılan qadınlara öz həyat yoldaşlarının və digər kişilərin geyindikləri köynəkləri iyləmək tapşırılıb. Daha sonra isə xanımlara müxtəlif suallar və testlər həll etmək tapşırılıb. Əksəriyyəti uğurlu nəticə göstərən xanımlarda bu təbii qoxunun stres hormonların səviyyəsini aşağı saldığı müəyyən edilib.






Fikirlər