"O SƏS Türkiyə"də ağlayan HƏMYERLİMİZ növbəti turda -Video
O.Əhmədov “Duyanlara, duymayanlara” mahnısını səsləndirib və hər kəsi kövrəldib. Münsiflərdən Hadisə ifaçının gözünün dolmasının səbəbini soruşub. Əhmədov 10 ildir ki, bir qızı sevdiyini deyib. Müğənni iştirakçıdan sevdiyi qıza səslənməsini istəyib. O isə yaxın günlərdə sözügedən xanımın toyu olacağını bildirib. Həmyerlimiz danışarkən göz yaşını saxlaya bilməyib. İştirakçının hekayəsini dinləyəndən sonra Hadisə növbəti turda onu görmək istədiyini qeyd edib. Beləliklə, Əhmədov 3-cü tura vəsiqə qazanıb. AzerTaym.az