Həkimlər Fuad Poladova bəzi QADAGALAR qoyub
Azərbaycanın xalq artisti, tanınmış aktyor Fuad Poladov hazırda ev şəraitində müalicəsini davam etdirir. Bu barədə Modern.az-a danışan aktyor əvvəlki halına nisbətən özünü yaxşı hiss etdiyini deyib: “Müalicəm gedir, dərmanlarımı qəbul edirəm. Əvvəlki günlərimə baxanda nisbətən yaxşıyam”. F.Poladov səhhətiylə bağlı həkimlərin bəzi qadağaları olduğunu deyib: “Səsimə görə çox danışmağa icazə vermirlər. Mən da bacardığım qədər bu məsləhətlərə riayət edirəm”. Aktyor dostlarının, həmakrlarını tez-tez onunla maraqlandıqlarıı vurğulayıb.
Qeyd edək ki, qırtlaq xərçəngindən əziyyət çəkən aktyor yeni mövsümdən etibarən səhnəyə çıxmır.