ATV-dən APARICININ KOBUD SƏHVİ ilə bağlı AÇIQLAMA - VİDEO (YENİLƏNDİ)

“Torpaqlarımızı işğal edəcəyik” - ATV-dən aparıcının kobud səhvi ilə bağlı AÇIQLAMA 

Bu gün ATV telekanalında yayımlanan “ATV Səhər” proqramının aparıcısı Lalə Azərtaşın birbaşa efirdə “Gün gələcək, Azərbaycan ərazilərini işğal edəcəyik, həmin 20 faizi də…” sözləri sosial şəbəkədə birmənalı qarşılanmayıb. Aparıcının bu səhvə görə üzr istəməməsi müzakirələrə səbəb olub.

Yenicag.az -a açıqlama verən ATV kanalının rəhbəri Azər Xəlilovun məsələyə münasibəti belə olub:

“Mən həmin süjeti izləməmişəm, məsələdən xəbərim yoxdur. Dinləyərəm, nəticə çıxararıq”.

ATV-nin mətbuat xidmətindən isə məsələyə belə münasibət bildirili:

“Canlı yayımın öz qaydaları var, belə hallar yaşanır. Heç bir aparıcı bu cür vəziyyətlərdən sığortalanmayıb. Aparıcı həmin an dediyinin fərqində olmayıb. Əslində isə, o, “Gün gələcək, Azərbaycan ərazilərini işğaldan azad edəcəyik, həmin 20 faizi də…” demək istəyib”.

***

“9 May faşizm üzərində Qələbə Günü olduğu üçün bayramınız mübarək olsun. Azərbaycanımıza hər zaman qələbə yaraşır. Və gün gələcək ki, torpaqlarımızı işğal edəcəyik, həmin 20 faizi də... Ondan sonra əsl qələbə gününü qeyd edəcəyik”.

AzerTaym.az xəbər verir ki, bu sözləri ATV telekanalının “ATV Səhər” proqramının aparıcısı Lalə Azərtaş canlı efirdə deyib. O, “Torpaqlarımızı işğaldan azad edəcəyik” demək əvəzinə ciddi səhvə yol verərək “Gün gələcək, Azərbaycan ərazilərini işğal edəcəyik” deyib.

Bu məqamda canlı efirdə səs bir neçə saniyəlik kəsilib, daha sonra aparıcı buraxdığı kobud səhvə görə üzr istəmədən və fikrinə düzəliş etmədən verilişə davam edib.






Fikirlər