Bu oğlan Nazpəriyə olan eşqindən evlənməyib - SÜRPRİZ GÖRÜŞ (VİDEO)
Xalq artisti Nazpəri Dostəliyeva Tovuzda yaşayan fanatına surpriz edib.
BakuPost xəbər verir ki, fanatla görüş Gürcüstanın Signagi şəhərinə klip çəklişinə gedərkən baş tutub. Görüşü klipin təşkilatçısı Ceyhun Əsədov təşkil edib.
Belə ki, Tovuz rayonunda yaşayan 31 yaşlı Mahir Cəfərov uzun illərdir, Xalq artisti Nazpəri Dostəliyevanın fanatıdır. Cəfərovlar ailəsi müğənninin ad günündə və Əməkdar artist, Xalq artisti adını aldığı günlərdə tort hazırladaraq qeyd edirlər. Mahir müğənniyə aid audio və video arxiv toplayıb və qoruyub saxlayır.
Fanat Nazpəri Dostəliyevaya olan sevgisindən ailə həyatı qurmayıb.