“Hər gecə Ağdama gedirəm” – İfaçıdan ürək ağrıdan sözlər

“Hər gecə Ağdama gedirəm” – İfaçıdan ürək ağrıdan sözlərElə bir günüm yoxdur ki, Ağdam, ya da kəndimiz yuxuma girməsin. Hər gecə Ağdama gedirəm, yuxuda”.

"AzerTaym.az" xəbər verir ki,bunu AzNews.az-a açıqlamasında Əməkdar artist, tanınmış muğam ifaçısı Firuz Səxavət deyib. Sənətkar bildirib ki, ölkə prezidenti tək Ağdamı deyil, bütün Qarabağı Azərbaycan xalqına geri qaytaracaq:

“Biz Ağdamın geri alınmasını səbirsizliklə gözləyirik. İnanırıq, bu, tezliklə olacaq. İnanıram ki, cənab prezident Qarabağımızı bizə qaytaracaq”.

Muğam ifaçısı Ağdamla bağlı böyük layihələrinin olduğunu da dilə gətirib:

“Planlarımız çoxdur. Amma Ağdam qayıdan kimi ilk olaraq, böyüdüyüm torpağı qarış-qarış gəzərəm, sürünərəm. Burnumun ucu göynəyir Ağdam üçün. Qardaşım, mərhum sənətkar Səxavət Məmmədovun adına Ağdamda məktəb var, əgər, Ağdam qayıtsa, həmin məktəb bərpa edərdim...”






Fikirlər