“Rəmiş mənim üçün həmin o meymun obrazıdır, yəni ipə-sapa yatmayan adamdı...”

Image result for AQİL ABBAS RƏMİŞ"

“Rəmiş bir məktəb yaratdı, bu gün Azərbaycanda 100-ə qədər gitarist var və çoxuyla da dostdam. Gəncədə bir gitara ifaçısı var, hələ uşaqdı, amma ifa edəndə dedim ki, nə yaxşı bu uşaqlar var, Rəmiş yaşayır”
"AzerTaym.az" bildirir ki,bunu moderator.az-a açıqlamasında millət vəkili, yazıçı Aqil Abbas Xalq artisti Rəmişin 75 illik yubileyi haqda danışarkən deyib.
A.Abbas bəzən gitara ifaçılarının Rəmişi dandıqlarını bildirib:
Rəmişin haqqında povest yazmışam, amma onu roman etmək istəyirəm. Mən Rəmiş deyiləm axı, o, qeyri-adi insandı, amma mən yox. Mən də çalışmışam ki, elə edim ki, onun qeyri-adiliyini, virtiozluğunu orda göstərə bilib. Roman artıq hazırdı və bu yaxında kitabı çap edəcəm. Romanın ilk adı beləydi, amma çox uzun idi, “Allahın meymunlara yazığı gəldiyindən sonradan onları insana çevirmədi”, Rəmiş də mənim üçün həmin o meymun obrazıdı, yəni ipə-sapa yatmayan adamdı. Amma romanın adını dəyişdim.

Yubileyi münasibətilə Rəmişə arzu edirəm ki, Allahın verdiyi ömrü yaşasın. Bir var 25 yaşında Messi, bir də var 35 yaşında Messi, bunların fərqi var. Rəmişin 25 yaşlı Messi vaxtı ona televiziyaya və radioya çıxmaq qadağan idi. Müstəqillik dövründən 10 il sonra Rəmişi televiziyaya buraxdılar və artıq 25 yaşlı Rəmişlə, 75 yaşlı Rəmişin arasında çox fərq var. Sizə onun köhnə lent yazılarını təqdim edərəm dəli olarsınız ki, insan belə bir şeymi ifa edər? Azərbaycanda qeyri-adi üç nəfər insan var, onlardan birincisi Vaqif Mustafazadədi, ikincisi Rafiq Babayevdi və üçüncü isə Rəmişdi. Rəmişin o vaxt Mir Şahingil İngiltərədə kasetini buraxdılar. Mir Şahinə zəng vurdum ki, onu Real TV-də versin. O təmiz Rəmişin ifası idi, çünki o, lent üçün ifa etməyib, həmişə toylarda, konsertlərdə onun ifasını köçürüblər.
Rəmiş bir məktəb yaratdı, bu gün Azərbaycanda 100-ə qədər gitarist var və çoxuyla da dostdam. Gəncədə bir gitara ifaçısı var, hələ uşaqdı, amma ifa edəndə dedim ki, nə yaxşı bu uşaqlar var, Rəmiş yaşayır. Mən də gitara ifa edirəm, Rəmişə də iki ədəd elektro-gitara bağışlamışam. Amma onu mən də hamı kimi ifa edirəm. Rəmiş gitarist kimi müəllimlik etməyib, amma onu yaradıb. Necə ki, S.Vurğun Azərbaycan poeziyasını yaratdı və onun dalınca böyük şairlər gəldilər. Rəmiş də gitaranı azərbaycanlılaşdırdı, eyniləşdirdi və ondan sonra gələn sənətkarlar var. Amma elə sənətkarlar var ki, onlardan bəzən başqa sözlər eşidirəm, Rəmişi danırlar, amma onlar Rəmişin yanında heç nədir. Rəmiş nə vətəndaşdı, nə atadı, nə anadı, nə qardaşdı, o, yalnız ruhdu. Desək ki, Rəmiş gedib Qarabağı alacaq, Şuşada gitara ifa edəcək, nağıl olar”.






Fikirlər