Rəhman RƏMİŞİ TƏHQİR ETDİ, CAVABINI arvadı VERDİ (VİDEO)

Rəhman Rəmişi təhqir etdi, cavabını arvadı verdi (VİDEO)

Tanınmış gitara ifaçısı Rəhman Məmmədli ilə xalq artisti Rəmiş arasında səngiyən "müharibə" yenidən alovlanıb.
Gitara ifaçısının "Xəzər" Televiziyasının "5/5" verilişində xalq artistinin ünvanına söylədiyi təhqiramiz ifadə Rəmişin həyat yoldaşı Gülünü özündən çıxarıb. 
Belə ki, R.Rəhmanov Rəmişin ünvanına "artıq o isimdən , o mövzudan iyrənirəm" deyib.
 "AzerTaym.az" xəbər verir ki, yenicag.az məsələyə münasibət bildirmək üçün Rəmişlə əlaqə saxlayıb. Dəstəyi yoldaşına verməyən Gülü sualı eşidər-eşitməz qəzəblənib:
"O kimdir ki, Rəmişin ismindən iyrənsin? Rəmişi milyonlar sevir. Biz də dünəndən onun ismindən iyrənirik. Rəmiş öz işində, öz kefində, öz dünyasındadır. O kimdir ki, onun sözlərinə reaksiya verək? Cavab versək, onu reklam etmiş olarıq. Heç Rəmişimə imkan vermərəm ki, kimlərinsə sözünü eşidib əsəbiləşsin, əhvalını korlasın. Mən verirəm onun cavabını, yazın ki, Rəhmanın sözləri külək kimi yanımızdan ötüb keçir. Heç vecimizə də deyil, nə istəyir danışsın".

 

 






Fikirlər