05.06.2014.- Tanınmış aktyorun ayağı çürüyür

05.06.2014.- Tanınmış aktyorun ayağı çürüyür Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aktyoru, əməkdar artist Rəhman Rəhmanov əlil oldu.
"AzerTaym.az" bildirir ki, aktyorun ans press-ə verdiyi məlumata görə, o, artıq II qrup əlildir: "Ağayımdakı çürümə (qanqrena) məni əlil etdi. Əhalinin Əmək və Sosial Müdafiə Nazirliyi mənə əlillik dərəcəsi verdi. Artıq II qrup əliləm".
Rəhman Rəhmanov ayağındakı çürümənin sağalma ehtimalıının olmadığını deyib: "Şəkər xəstəliyim üzündən ayağımdakı çürümə sağalmaq bilmir. İllərdi müalicə olunsam da bir təsiri olmadı. Bu yaxınlarda cərrahi əməliyyat da olundum. Bu əməliyyatdan sonra da bir irəliləyiş yoxdur. Şəkər imkan vermir çürümə dayansın. Hətta həkim dedi ki, bu ayaq kəsilməlidir. Qoymadım... Görək nə vaxta qədər belə davam edəcək"
.






Fikirlər