“Geyimi, yeməyi paylaşmaq tamaşaçıya nə verir?“ - Əməkdar artist onları tənqid etdi
"Evimdəyəm, darıxmıram. Oruc tuturam, dualar edirəm. Əvvəl çəkilişlərə, teatra gedirdim, dua etmirdim. Çoxdandır belə bir fürsət axtarırdım. Ona görə də bu günlər mənə yaxşı gəlir. Əvvəl çəkilişlərə gedəndə vaxtsız qidalanırdım. İndi idman edirəm". Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Kəmalə Müzəffər İnstaqramda canlı yayımda olarkən deyib. Aktrisa jurnalist Əli Novruzəliyevin suallarını cavablandırıb. Sənətçi sosial şəbəkələrdən danışıb. O bildirib ki, etdiklərini paylaşmağın tərəfdarı deyil: "Bütün günü bu mənim evimdir, bunu bişirdim, ora getdim, baxın nə edirəm - kimi paylaşımlardan xoşum gəlmir. Edənlərin öz işidir, haqqıdır. Mən bekar olanda özümə qapanıram. Açırsan ki, bir sənətçi selfi çəkib, paylaşıb və yazıb "Baxın, mənim yeməyim". Bu, tamaşaçıya nə verir? Geyimimi, brend ayaqqabını, yeməyi reklam etməkdənsə, özümü, düşüncələrimi paylaşım. Mənim düşüncəm belədir". /Axsam.az