Azərbaycanlı aktrisa xərçəngə tutuldu - VİDEO
Əməkdar artist, aktrisa Kəmalə Müzəffərin səhhətində problem yaranıb. AzerTaym.az ATV.az-a istinadən xəbər verir ki, o, “10-dan sonra” verilişində xərçəng xəstəliyinə tutulduğunu deyib: “Dəri xərçəngi xəstəliyi dioqnozu qoyulub. Bir neçə dəfə əməliyyat keçirmişəm. Hazırda həkim nəzarətindəyəm. Bu səbəbdən çəkilişlərə fasilə verdim”. Qeyd edək ki, Kəmalə Müzəffər ATV-də yayımlanan "Vicdan haqqı" serialında baş rollardan birini ifa edir.