Nahidə Orucova qardaşı oğlunu tapdı - Gəlin oğlanı göstərmədi

Nahidə Orucova qardaşı oğlunu tapdı - Gəlin oğlanı göstərmədi

Xəbər verdiyimiz kimi, Əməkdar artist Nahidə Orucova 23 il əvvəl itirdiyi qardaşının oğlunu axtarır.

"AzerTaym.az" axşam.az-a istinadən xəbər verir ki, aktrisa bunun üçün "Səni axtarıram" verilişinə gəlib. O bildirib ki, qardaşı qətlə yetirildikdən sonra, arvadı 40 günlük uşağını da götürüb və yasa da gəlməyib. Sənətçi hətta DNA testi tələb edəcəyini də gizlətməyib.  

Bir neçə gündür davam edən axtarışdan sonra Orucovanın qardaşı arvadı və oğlu tapılıb. Onun fotosu aktrisaya göstərilən zaman o, soyuqqanlı münasibət göstərib və uşağın qardaşına yox, anasına çox bənzədiyini deyib.

Aparıcı Xoşqədəm Hidayətqızı gəlinin məktubunu oxuyaraq "Zamanında axtarmaq lazım idi. O, ailəyə oğlumun ünvanını verməyəcəm. Onlar buna layiq deyil. Onları 6 ay sonra görüşdürəcəm. Oğlum burada yoxdur. Nahidə xanım yəqin film çəkdirmək istəyir, qardaşı oğlu ona görə lazımdır" sözlərini söyləyib. O bildirib ki, gəlin N.Orucovanın ona zülm etdiyini deyib.

"Hansı zülmlərdən danışır? Anamın qızıllarına kimi ona verdik" deyə, aktrisa etiraz edib. Orucova tək istəyinin qardaşının niyə öldürüldüyünü və əsl qatilin kim olduğunu tapmaqdır.

Qeyd edək ki, aktrisa qardaşının dostu tərəfindən öldürüldüyünü deyib. "Oğlan indiyənə kimi deyir ki, onu mən öldürməmişəm. Hətta söz vermişdi ki, həbsdən çıxandan sonra mənə qatilin kim olduğunu deyəcək" deyə, Nahidə bildirib.






Fikirlər