Xocalının anım günündə bu paylaşımına görə "topa tutulan" Əməkdar artist OD PÜSKÜRDÜ

Xocalının anım günündə bu paylaşımına görə "topa tutulan" Əməkdar artist OD PÜSKÜRDÜ

Səhərdən əsəb keçirirəm. O yürüşdə hər kəs şəkil çəkdirib paylaşırdı. Amma mən bir şeyi başa düşə bilmədim: mən nə etmişəm axı? Nə qəbahət iş görmüşəm ki, qınaq obyektinə çevrilib? Şəxsiyyətimə qara yaxırlar. Ayıbdır, ucuz reytinqdən əl çəkin!"

Publika.az xəbər verir ki, bu sözləri Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş yürüşdə selfi çəkdirərkən gülümsədiyi üçün qınaq obyektinə çevrilən əməkdar artist Nahidə Orucova İnstaqramda yazıb. Yürüşdə çəkilən fotoları sosial şəbəkədə paylaşan aktrisa ünvanına yazılan tənqidlərə cavab verib. O, bu hərəkətində hər hansı qəbahət olmadığını, üzündəki təbəssümün isə yürüşə toplanan xalqın birliyindən doğan qürur hissi ilə bağlı olduğunu bildirib:

"Bu gün yürüşlə bağlı şəkillər paylaşdım. Mənə nalayiq, şərəf və ləyaqətimi pozan şərhlər yazanlara cavab vermək istəyirəm. Bununla onlar heç nəyə nail olmayacaqlar. Elə nalayiq şərh yazanları Allah tapşırıram. İnsan həyatı oyuncaq deyil. Mən Nahidə Orucova olmağımı xalqıma və dövlətimə öz işimlə göstərmişəm. Xalqımın, dövlətimin sevgisini qazanmışam ki, bu gün də Respublikanın Əməkdar Artisti adını şərəflə və hörmətlə daşıyıram”.






Fikirlər