DEPUTAT NAMİZƏDLİYİNİ GERİ GÖTÜRDÜ - YAP-dan açıqlama

 

5555Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, Milli Məclisdə 41 saylı Sumqayıt birinci seçki dairəsini təmsil edən millət vəkili Leyla Abdullayeva deputatlığa namizədliyini geri götürüb.Bu barədə AzVision.az-a hakim partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.
YAP rəsmisi bildirib ki, Leyla Abdullayeva namizədliyini öz istəyi ilə geri götürüb.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının açıqladığı seçki siyahısında Leyla Abdullayeva 41 saylı Sumqayıt birinci seçki dairəsindən namizəd kimi təqdim edilmişdi.

Yeni Azərbaycan Partiyası (YAP) 41 saylı Sumqayıt I Seçki Dairəsindən namizədliyini irəli sürdüyü hazırkı deputatı Leyla Abdullayevanın namizədliyini geri götürməsinin səbəbini açıqlayıb.
YAP icra katibinin müavini, deputat Siyavuş NovruzovAPA-ya açıqlamasında bildirib ki, buna səbəb L. Abdullayevin dövlət qulluğunda işə keçməsi ilə bağlıdır.
O qeyd edib kİ, hazırda məktəb direktoru işləyən L. Abdullayeva dövlət qulluğunda işə keçmək qərarına gəlib, bu halda isə qanun onun seçkili orqanda təmsil olunmasına icazə vermir: “Bu səbəbdən də namizədliyini geri götürüb. Onun hansı dövlət qulluğunu tutması isə hələ bilinmir. İşə götürüləndə açıqlanacaq”.
leyla_abdullaeyva







Fikirlər