Əliyev Abutalıbovla birlikdə parkda - Fotolar


Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Nəriman Nərimanovun heykəli, Hüseyn Cavid və Parlament prospektləri ətrafında yeni çəkilən yolların, bu ərazidə yenidən qurulan küçə və prospektlərin, yeni salınan parkların açılışında iştirak edib.
 "AzerTaym.az" Azərtac-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov prezidentə görülən işlər barədə məlumat verib. İlham Əliyev yeni salınan Qurban Xəlilov küçəsinin rəmzi açılışını bildirən lenti kəsib.
Paytaxtın Həsən Seyidbəyli, Nəriman Nərimanov, Mikayıl Müşfiq, İsmayıl bəy Qutqaşınlı, Mehdi Hüseyn, Kazım Kazımzadə, Məmməd Rahim küçələrində ən yüksək səviyyədə əsaslı təmir və yenidənqurma işləri aparılıb, yeni küçə - Qurban Xəlilov küçəsi və ərazidə yeni parklar salınıb. Əsaslı təmir və yenidənqurma işləri zamanı 100 min kvadratmetrdən artıq asfalt örtüyü döşənib, qranit səki daşı düzülüb, müasir işıq dirəkləri quraşdırılıb. Yeni salınan Qurban Xəlilov küçəsində uzunluğu 610 metr, eni 17 metr olmaqla ümumi sahəsi 10 min 370 kvadratmetr olan əraziyə asfalt beton örtüyü döşənib. Mikayıl Müşfiq küçəsində yolun hərəkət hissəsi genişləndirilərək yenidən inşa edilib. Yolun Nəriman Nərimanovun heykəlindən Parlament prospektinə qədər, Həsən Seyidbəyli küçəsindən Süleyman Tağızadə küçəsinədək olan hissələrində 35 min kvadratmetr asfalt beton örtüyü əsaslı təmir edilib. Görülən işlər bu ərazidə nəqliyyatın sıxlığının aradan qaldırılması baxımından olduqca əhəmiyyətlidir. 

 

       

 






Fikirlər