Xalq artisti: "Bu sima bizdə genetikdir" - FOTOSESSİYA

Xalq artisti, "Şərəf" və "Şöhrət" ordenli sənətkar Xuraman Qasımova gözəllik sirlərindən danışıb. O bu haqda Milli.Az-a maraqlı açıqlamalar edib:

"Sənətçilər hər hansı bir çəkilişə razılıq verəndə adətən 1-2 saat bəzənib-düzənmək üçün vaxt istəyirlər. Amma məndə heç vaxt bu kapriz olmayıb. Ümumiyyətlə, məni gözəllik salonlarında çox nadir hallarda görə bilərsiz. Bu cür işlərə çox az vaxt sərf edirəm. Halbuki qadın gözəl görünməlidir, özünə baxmalıdır. Ola bilər ki, bu sima bizdə genetikdir. Havada çox vaxt keçirirəm, idmanla məşğul oluram, demək olar ki, hər gün üzürəm. Havada piyada çox gəzmək də insanı gözəl saxlayır. Xüsusi dieta saxlamıram, sadəcə meyvə və tərəvəzdən bol istifadə edirəm".

Xalq artisti müğənnilərin mahnılarımıza biganəliyindən də şikayətlənib:

"Azərbaycan musiqisi çox zəngindir. Bəzən görürsən ki, müğənnilər musiqini tamaşaçıya düzgün çatdırmırlar. Bütün bunlar məni çox üzür. Yaxşı olar ki, bizim gənclərimiz hər hansı bir mahnını ifa etmək istəyəndə mahnının bioqrafiyasını araşdırsınlar. Azərbaycan musiqisinə toxunmaq olmaz. Mən yanlış ifalar eşidəndə çox narahat oluram. Mahnılarımıza qarşı olan bu cür biganəliyi qəbul edə bilmirəm".

 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 






Fikirlər