Şəbnəm Tapdıq: "Bizi bir-birimizə yaraşdırırlar" - VİDEO

İllərdir adları bir çəkilən əməkdar artistlər Şəbnəm Tapdıq və Sərxan Sərxan bir araya gəliblər. 

"AzerTaym.az"  axşam.az-a istinadən xəbər verir ki, ifaçılar "Onlar" verilişinə açıqlamalarında sevgili olmaları ilə bağlı dedi-qodulara münasibət bildiriblər. 

Ş.Tapdıq bunu şayiə adlandırıb:

"Bu camaatın uydurmasıdır. Mən də, o da gənc idik. Gözəl adlarımız varıydı. Bizi millət bir-birimizə yaraşdırırdı. Sərxanla ailəvi dostluğumuz var. Atam da onu yaxşı tanıyır. Bizi ancaq sənət dostluğu birləşdirir. İfamızda eyni ruh var".

S.Sərxan isə həmkarına bir qızıl gül verərək, onun ünvanına təriflər yağdırıb: 

"Şəbnəm xanımı çox sevirlər. Hamı, bizim bütün kişilər mənim kimi ona qızılgül vermək istəyərdilər. Tamaşaçılar hər zaman istəyirdilər ki, biz bir olaq. Deyirdilər, guya "Ay gecikən məhəbbətim" mahnısını ona yazmışam. Belə deyil. Bibim oğlu bu şeiri mənə vermişdi ki, ona musiqi bəstələyim".

 Videonu izləmək üçün şəklə klikləyin.






Fikirlər