Şarm-əl-Şeyxdə otellərin cəmi 20 faizi dolub: Misirdə turist böhranı -

 

 

 

 

 

Прямая ссылка на встроенное изображение

Bir sıra ölkələrdən, o cümlədən, Rusiya və Böyük Britaniyadan uçuşların dayandırılmasından sonra məşhur turizm bölgəsi Şarm-əl-Şeyxdəki otellərin cəmi 20%-i dolub.

Musavat.com xəbər verir ki, məlumatı Misirin “The Cairo Post” nəşri yayıb. 


Cənubi Sinayın mehmanxanalar birliyinin sabiq sədri Hüseyn Fauzi Şarm-əl-Şeyxin turizm industriyasındakı vəziyyəti “fəlakət” adlandırıb. O, bildirib ki, otellərdə məskunlaşanların yarısını misirlilər təşkil edir. 


Hüseyn Fauzinin fikrincə, Misir hökuməti hava limanlarında təhlükəsizlik tədbirlərini gücləndirməsə, ölkədə turizm bərpa olunmayacaq. 


Misirin Turizm Nazirliyinin iqtisadi müşaviri Adal Raqab isə bildirib ki, təyyarə reyslərin nəticəsində bu ilin üçüncü rübündə turizmdən gəlirlər ötən illə müqayisədə təxminən 15% azalacaq. 

 






Fikirlər