Rusiya təyyarəsi Misirin turizm sektorunu çökdürür – 2 milyard itki
[hide]Rusiya təyyarəsinin Sinay yarımadasında qəzaya uğraması Misirin turizm sektorunu çökdürə bilər. Qəzaya qədər bir çox ölkələrdən turist qəbul edən Misir hazırda olduqca çətin vəziyyətə düşüb. Azərtaym.az xarici mətbuata istinadən xəbər verir ki, təkcə qış aylarında ölkə kurort zonalarındakı otellərdən 500 milyon dollar gəlir əldə edirdi. Bu ilin sonlarına isə Misir həmişəkindən bir qədər də artıq – 10 milyon turist qəbul etməyi planlaşdırırdı. Misirin Turizm Assosiasiyasının nümayəndəsi Hüsama əş-Şair bildirib ki, məsələ yaxın 4-5 gün ərzində həllini tapmasa, ölkə büdcəsi 2 milyard dollar itirmiş olacaq. Onun sözlərinə görə, təkcə avqust ayında istirahət üçün Misiri seçən turistlərin sayı 6,6 milyon olub. Hüsama əş-Şairin dediyinə görə, Misirə ən çox Rusiya, Britaniya, Almaniya, İtaliya və Fransadan turistlər gəlir.