İlhamə QULİYEVA dindirildi — ayaqları tutuldu
"Müğənninin vəziyyəti qəfil pisləşib, ayaqları tutulub. İstintaqçılar ona evində çətin suallar verib". Xalq artisti İlhamə Quliyeva dindirilib. Fevralın 10-da baş tutan dindirmə zamanı İlhamə Quliyeva çox çətin suallara cavab verməli olub. AzerTaym.az-ın musavat.com-a istinadən məlumatına görə, Bakı Şəhər Prokurorluğundan istintaqa çağırış alandan sonra müğənninin durumu kəskin dəyişib. Hətta ayaqları tutulub. Elə bu səbəbdən də müğənni çağırış üzrə göstərilən saatda prokurorluğa gedə bilməyib. Onun vəkilinin israrlı xahişlərindən sonra müğənninin durumunu nəzərə alan prokuror müğənninin evində dindirilməsi qərarını verib. İlhamə Quliyeva evində Mehriban Hüseynovanın ictimailəşdirdiyi faktlarla bağlı suallara cavab vermək zorunda qalıb. Dindirmənin deputat Çingiz Qənizadənin müvafiq qurumlara müraciətindən sonra başlanmış araşdırmalar çərçivəsində baş tutduğu deyilir. Belə görünür ki, İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanı məhbəsə göndərməsi son nəticədə özünü də çıxılmaz duruma salıb. Yada salaq ki, Mehriban Hüseynova məhbəsdən “Yeni Müsavat”a son dərəcə ilginc məlumatlarla zəngin məktub yollayıb. Məktubda müğənni Nazpəri Dostəliyevadan şantajla 25 min manat alınması, Mehriban Hüseynovanın özünün bıçaqlanması, döyülərək şərəf və ləyaqətinin alçaldılması, zorlanma hədəsi ilə müşayət olunan hərəkətlərə yol verilməsi, qətl sifariş etmə, ictimai xadimin barəsində son dərəcə təhqiramiz ifadələrin işlədilməsi ilə bağlı iddialar var. “Əslində, İlhamə ekrana çıxıb mənim xalqım, mənim dövlətim, mənim kimim... və s. deməsi yalan və süni sözlərdir. Çünki evdə dövlətimizin mötəbər, yüksək xanımların televiziyada görəndə onları söyür, haqlarında nalayiq sözlər işlədirdi. Mən iradımı bildirəndə isə üstümə qışqıraraq “sən səsini kəs! Efirdə deməyimə baxma, məcburam, ondan zəhləm gedir” – deyirdi. İlhamə Quliyevanı yaxından tanıyan hər bir kəs bilir ki, o, özünü nəinki Azərbaycanda, Qafqaz və bütün türk dünyasında ən birinci xanım hesab edir”. Yeri gəlmişkən M.Hüseynova bu məsələ ilə bağlı səs yazısını istintaqa təqdim etdiyini də bildirib. Həmin səs yazısının bir neçə digər ünvanlara da yolladığını açıqlayıb. Məsələyə aydınlıq gətirmək üçün müğənni ilə əlaqə saxladıq. Lakin İ.Quliyeva telefon zəngimizi cavabsız qoydu. Baş Prokurorluğun mətbuat xidmətindən isə sorğunu qəbul edib cavablandıracaqlarını bildirdilər.
Məktubdan sitat: