“DEYİRLƏR Abbasovun qohumusan, təqaüd vermirik” - NAZİRƏ qarşı ittiham
Muğam Teatrının sabiq direktoru, Əməkdar İncəsənət xadimi, "Şöhrət" ordenli Arif Qazıyev Mədəniyyət və Turizm Nazirliyi və nazir Əbülfəs Qarayevə qarşı ağır ittihamlar səsləndirib. AzerTaym.az xəbər verir ki, o, aznews.az-a açıqlamasında deyib ki, Muğam Teatrından çıxarılandan sonra Ə.Qarayev ona işlə təmin ediləcəyi barədə söz verib: “Onu gözləyirəm, bu təqaüdü almaq mənim də haqqımdır. Adımı göndəriblər, amma hələ vermirlər. Təqdimat göndəriblər, gözləyirəm”. Rejissor ona Prezident təqaüdünün verilməməsinin səbəbini belə izah edib: A.Qazıyev sonda yaradıcılıq planlarından da danışıb. Bildirib ki, uzun illərdən bəri üzərində işlədiyi layihə olan Azərbaycan muğamlarının sənədli film şəkilində çəklişlərini davam etdirir.
“Dedi ki, narahat olma, sənə iş verəcəyik. Mənimlə birlikdə işdən çıxarılan şəxslərin hamısına sonradan iş verildi, əksəriyyəti də öz yerində qaldı. Tək məni qoydular qapıya... Onlara Muğam Teatrının binası lazım idi, onu da götürdülər. Daha gedib onların qapısında dayanıb “mənə iş verin” deyə yalvarmayacağam ki... Deyirlər sür dərəyə, sürəcəm, dava-dalaş salmayacağam. Dəfələrlə Əbülfəs müəllimlə üz-üzə gəlirdik. Hər dəfə söz düşəndə “gəl, baxarıq” deyirdi. Gedirdim deyirdilər yoxdur, daha nə qədər gedəcəyəm? Qoymadılar, onlar bilir ki, mən nəyə qadirəm, amma istəmirlər də...”
A.Qazıyev onu da əlavə edib ki, hazırda yeganə istəyi Prezident təqaüdünə layiq görülməsidir:
“Deyirlər ki, sən Abbas Abbasovun qohumusan. Təqaüdü sənə buna görə vermirik. Anlaya bilmirəm, mənim onunla nə qohumluğum? Bacım oğlunun qudasıdır. Uzaqdan-uzağa, onun mənə nə aidiyyəti? Əmim deyil, dayım deyil, qardaşım deyil. Axı mənim bu mədəniyyətdə xidmətlərim var, onu heç kim dana bilməz”.