Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsində müalicə alan xalq artisti, tanınmış diktor Sabir Ələsgərovun səhhəti yaxşılaşmağa başlayıb. Bu barədə onun qızı Mehriban Hüseynova müsavat.com-aaçıqlamasında bildirib:
Qeyd edək ki, tanınmış diktorun qızı atasının müalicəsi ilə əlaqədar tələb edilən bahalı aparat üçün sosial şəbəkədə yardım istəmişdi. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov bununla əlaqədar mətbuata açıqlama verərək bildirmişdi ki, qurum tezliklə xalq artistinin müalicəsi ilə maraqlanacaq.
Mehriban Hüseynova isə müsavat.com-a bildirib ki, heç bir rəsmi qurum atasının səhhəti ilə bağlı müraciət etməyib:
“Doğrudur ki, artıq həmin aparata ehtiyac qalmayıb. Lakin bu günədək rəsmi qurumlardan nə zəng edən olub, nə də maraqlanan”.
Xatırladaq ki, bir neçə gün bundan əvvəl tanınmış diktor Sabir Ələsgərov səhhətinin ağırlaşması ilə əlaqədar Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaxınlarının müsavat.com-a verdiyi məlumata görə, xalq artistində xalq arasında qan zəhərlənməsi kimi tanınan sepsis xəstəliyi aşkar olunub.