Cinsi zəifliyi doğuran səbəblər...

Cinsi zəifliyi doğuran səbəblər...

Fransa uzman uroloqu, Dr. Araz Bayramovun müsahibəsi 

 - Son illər Azərbaycanda böyrək daşlarından əziyyət çəkən xəstələrin sayı durmadan artır.
Necə edək ki, böyrək daşları bizi öz "əsirinə” çevirməsin?
- Böyrək daşlarının yaranmasının müxtəlif səbəbləri var. Genetik faktordan tutmuş oturaq həyat tərzi, az maye qəbul etməyə qədər bu problemin yaranmasına təsir edir. Müqayisə üçün deyə bilərəm ki, Avropada böyrək daşı xəstəliyindən əziyyət çəkənlərin sayı daha azdır, nəinki Azərbaycanda. Bunun bir səbəbi avropalıların vaxtaşırı müayinə və müalicə olunmasıdırsa, digər səbəb endemik faktorla bağlıdır. Azərbaycanın daxilində də müqayisələr aparmaq olar. Elə regionlar var ki, orada böyrək daşı xəstələrinin sayı daha azdır. Bununla yanaşı böyrək daşı xəstəliyinin sürətlə yayıldığı bölgələr də var. Şəki və Lənkəran zonasının əhalisi böyrək daşlarına daha həssasdır. Unutmaq lazım deyil ki, böyrək daşı xəstəliyi vaxtında müalicə olunmadıqda çox ağır fəsadlara, misal üçün daş sidik yolları vasitəsilə xaric ola bilmədikdə, hidronefroz xəstəliyinə və böyrəklərin fəaliyyətini dayandırmasına gətirib çıxara bilər. Müasir urologiyada çox asanlıqla aradan qaldırılan böyrək daşlarına münasibətdə əhalinin təşviş keçirməsinə gərək yoxdur. Eyni zamanda məsuliyyətsiz davranış nümayiş etdirmək də olmaz. Vaxtında həkimə müraciət etmək və müalicə olunmaq bu problemi birdəfəlik həll edir. 
- Böyrək daşlarını hansı yollarla xaric edirsiniz?
- Hazırda biz böyrək daşlarını endoskopik yolla müalicə edirik. Yəni heç bir kəsik olmadan tərəfimizdən böyrək daşları, o cümlədən eyni anda hər iki böyrək daşları, həmçinin ən böyük ölçü və lokalizasiyaya malik böyrək daşları xaric olunur. Bu əməliyyata cəmi yarım saat zaman sərf olunur. Xəstə əməliyyat olunan günün səhəri evə buraxılır və bir neçə günə əmək qabiliyyətini bərpa edir.
- Böyrək daşlarından danışdıq. Orta yaşlı kişilərin bəlası sayılan – prostat adenomasını hansı üsullarla aradan qaldırırsınız?
- Eynən böyrək daşlarında olduğu kimi, prostat adenoması da heç bir kəsik olmadan laporoskopik (Plazma-kinetik) üsulla aradan qaldırılır. Bu əməliyyatda çox qısa müddətə - təxminən yarım saata icra olunur. Xəstə bir neçə günə əvvəlki həyata qayıdır. Haşiyəyə çıxaraq bildirmək istəyirəm ki, prostat adenoması xoşxassəli şiş olsa da, sonradan çox ciddi problemlərə yol açır. Təsadüfi deyil ki, ağır böyrək xəstəlikləri və prostatı itirmək təhlükəsi bu problemin fonunda yaranır. Yaxşı olardı ki, yaşı 45-dən yuxarı olan hər bir kişi ildə bir dəfə prostatını müayinə etdirsin. Bunun üçün qanda PSA analizi verilməli, transrektal ultrasəs müayinəsindən və sidik şırnağının təzyiqini ölçən uroflowmeter müayinəsindən keçmək lazımdır. Bu müayinələrdən sonra xəstə sorğu edilməli və bu sorğuya əsasən müalicənin növü təyin edilməlidir.
- Boşanmaları doğuran səbəblər arasında sonsuzluq xüsusi yer tutur. Kişi sonsuzluğundan əziyyət çəkən xəstələri necə müalicə edirsiniz?
- Kişi sonsuzluğu dərindən araşdırılması tələb olunan mürəkkəb bir xəstəlikdir. Bəzən gənclərimiz uzun-uzadı müayinə və müalicədən bezərək, öz həyatı ilə barışmalı olurlar. Nə qədər acı olsa da, bəzi həkimlər onları get-gələ salaraq, konkret nəticəyə gələ bilmirlər. Kişi sonsuzluğu zamanı müayinə və müalicələr sistemli şəkildə aparılmalıdır. Əvvəla müəyyən edilməlidir ki, xəstədə xaya damarları ilə bağlı hər hansı problem varmı? Varikosel (xaya damarlarının genişlənməsi) xəstəliyi varsa, ilk növbədə bunu aradan qaldırmaq lazımdır. Qeyd edim ki, bu xəstəliyi cəmi 15 dəqiqəyə mikroskopik üsulla aradan qaldırırıq. Yox əgər xəstədə xaya damarları ilə bağlı problem yoxdursa, o halda cütlüklər arasında uyğunluq araşdırılmalıdır. Sonsuzluqdan əziyyət çəkən ailələrin 30 faizi məhz ərlə arvad arasında uyğunluq olmadığında görə, övlad payından məhrum olur. Suala cavabımın əvvəlində dediyim kimi, bu çox həssas və dərindən araşdırılmalı olan bir problemdir. Biz bu məsələyə baxışda Avropa protokollarını əsas götürür və Avropa təcrübəsindən yararlanaraq, problemi həll etməyə çalışırıq.
- Peyroni xəstəliyi haqqında nə deyə bilərsiniz?
- Şərq ənənənlərinə bağlılıq, milli mentalitetdən dolayı komplekslər bəzən kişiləri bu xəstəliyi gizlətməyə vadar edir. Əksər kişilər bunu gizlədərək, ömrünün sonuna qədər seksual həyatın şirinliyini qurban verirlər. Peyroni xəstəliyi cinsiyyət üzvünün əyriliyidir. Cinsiyyət üzvü əyri olan kişilər cinsi aktı icra edə bilmir və bunun fonunda dərin mənəvi-psixoloji böhran keçirirlər. Lakin anlamırlar ki, heç bir kəsik olmadan cəmi yarım saata bu ağır problemdən xilas olmq mümkündür. 
Xatırladaq ki, Dr. Araz Bayramov Fransada təhsil alıb. Fransanın Eduard Heriot adına Mərkəzi Xəstəxanasında uroloq-cərrah işləyib. Həmin xəstəxanada tətbiq edilən böyrək köçürülməsi əməliyyatlarında iştirak edib. Azərbaycanda ilk dəfə Laparoskopik Uroloji və Cənubi Qafqazda ilk dəfə Laparoskopik Partial Nefrektomiya Unikal əməliyyatlarını həyata keçirib. Hazırda Azərbaycan Avropa Tibb Assosiasiyasının sədri və Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvüdür. 
Dr. Araz Bayramovla görüş götürmək üçün:  (055) 255-55-45
 
 AzerTaym.az






Fikirlər